Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 12-ə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Unikal.org  xəbər verir ki, hazırda xəstələrin 123-ü reanimasiyadadır. Qeyd edilir ki, 13 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 006 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib.