Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 saylı qərarında əksini tapıb.

Çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 4 avqust 2020-ci il tarixli qərarına əsasən, hovuzlar, su attraksionları, idman oyunu yerləri və onların ərazisində olan ictimai iaşə obyektlərində yerində xidmət istisna olmaqla, çimərliklərin fəaliyyətinə icazə verilmişdi.

Bu qərar 2020-ci il 14 sentyabr saat 06:00-dan qüvvəyə minir.