Xaricdə yaşayan bloqer Həbib Müntəzir “facebook” səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.

Unikal.org xəbər verir ki, “Qafqazinfo” sözügedən iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. 

“Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur”, - deyə Xidmətin rəhbəri Vaqif Dərgahlı sorğuya cavab verib.