Milli Məclisin Regional məsələlər komitəsi sentyabrın 18-də yaz sessiyasının ilk iclasını keçirəcək.
Unikal.org xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib:
1.Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat.
2.Regional məsələlər komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.