Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da rayon ərazisindəki evlərin birindən 4 750 manat pul, 20 metr elektrik naqili və mobil telefon oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu saxlanılıb.

Araşdırmalar aparılır.