Millimizdən ayrılan məşqçi Qanada çalışa bilər.

Unikal.org xəbər verir ki, Qana Futbol Assosiasiyası Bernard Lipperti qruma texniki direktor vəzifəsinə təyin etməyə hazırlaşır. Belə ki, almaniyalı mütəxəssis həmin işi icra edən Fransis Otini əvəzləyəcək.

Xatırladaq ki, 2008-ci ildən ölkəmizdə fəaliyyət göstərən Bernard Lippert U-19 və U-21 yığmalarımıza da rəhbərlik edib.