Somalinin paytaxtı Moqadişoda 7-dək partlayış baş verib.

Unikal.org “TASS”a istinadən xəbər verir ki,  partlayış minaatanlar vasitəsilə törədilib. İnsident prezidentin iqamətgahının yaxınlığında törədilib.

Həmin vaxt Somali Prezidenti Məhəmməd Abdullahi Məhəmməd qarşıdan gələn seçkilərlə əlaqədar ölkənin bir neçə region rəhbərləri ilə görüşürmüş.

Partlayışda ölən və yaralanan haqda məlumat yoxdur.