Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Unikal.org  DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Muxtarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 15 qramdan artıq heroin aşkar edilərək götürülüb.