“Oskar” mükafatı laureatı, çexiyalı rejissor İrji Mentsel vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə “Istagram”da onun həyat yoldaşı Olqa məlumat yayıb.

Onun yazdığına görə, son 3 il İrji Mentsel üçün asan olmayıb. 2017-ci ildə onun beynində ağır əməliyyat keçirilib. Rejissor bundan sonra əlil arabası ilə hərəkət etməıli olub.

İrji Mentsel Çexiya kinomatoqrafiyasının 60-cı illərdəki dalğasının aparıcı şəxsiyyətlərindən biridir. O, 1966-cı ildə çəkilən “Qatarlar xüsusi nəzarət altında” filminə görə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Film II Dünya Müharibəsi illərində Almaniyanın işğalı altındakı Çexoslovakiyada bir qatar stansiyasında çalışan və yetkin dostlarına bənzəməyə çalışan Milos Qrma adlı bir yeniyetmənin hekayəsindən bəhs edir.