Bərdə rayonunda ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  Unikal.org-a bildiriblər ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində 3 otaq və dam örtüyü 120 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.