İranda ötən sutka ərzində 117 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22410  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2152 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 388810  nəfərə yüksəlib. Virus daşıyıcılarından 3733 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  335572  nəfər koronavirusdan sağalıb.