Müğənni Nura Suri qonaq olduğu proqramların birində Los-Ancelesdə yaşayan oğlu Xosrovun 5 ildir rus qızı ilə yaşadığını deyib. 

Unikal.org xəbər verir ki, müğənni oğlunun fikirlərinə hörmət etsə də, həmin rus qızını qəbul etmədiyini deyib. 

“Oğlum rus qızı ilə evlənməyib, amma evlənmiş kimi bir şeydir. Xosrov 5 ildir ki, onunla yaşayır. Mənim üçün insan insandır, amma o qızı qəbul edə bilmirəm. Çünki oğluma münasibəti xoşuma gəlmir. Oğluma hörmət edirəm, qərarı özü verib. Onu özüm belə böyütmüşəm, azadlığını əlindən almıram”,- deyə müğənni bildirib.