İspaniya polisi Joan Mironun daşınma zamanı yoxa çıxan əsərini London hərracında tapıb.

Unikal.org xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilir.

Kataloniyalı rəssam Joan Mironun “Qaudi” seriyasından olan şəkli ötən il yeni sahibinə çatdırılarkən yolda itmişdi. Mironun əl işini ispaniyalı kolleksionerdən Londonun sakini almışdı. Lakin nəqliyyat polisinin məlumatına görə, əsər yeni sahibinə eləcə də gəlib çatmamışdı.

Polis əməkdaşları apardıqları araşdırma nəticəsində şəklin səhv ünvana çatdırıldığını müəyyən etmişdi. Yalnışlıq nəticəsində əsəri alan şəxs isə onu geri İspaniyaya yolladığına israr edirdi.

Lakin əsər London hərracında aşkar edilmişdi, onun təxmini dəyəri 10 min avrodur.

Britaniya polisi əsərin hərracdan çıxarılmasını tələb edib və o, sahibinə çatdırılıb.