Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 44 783 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən sutka ərzində daha 134 nəfər koronavirusa yoluxub.

Ötən gün Ermənistanda virusa yoluxan daha 2 nəfər ölüb və bu ölkədə koronavirusdan ölənlərin sayı 897 nəfərə çatıb.

Ermənistanda koronavirusa yoluxan, ancaq digər səbəblərdən ölənlərin sayı 275 nəfərdir. Hazırda ölkədə 3 522 aktiv xəstə var.