Azərbaycanda koronavirusla bağlı 4 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 7048 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 949 min 313-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 135, süni tənəffüs cihazında olan xəstə sayı 16 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 37 min 31 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib. Aktiv xəstə sayı 2069 nəfərdir.