Türk aktyor Bürol Ünel vəfat edib.

Unikal.org xəbər verir ki, 59 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkib. O, uzun müddət alkoqol asılılığından müalicə alıb.

Qeyd edək ki, B.Ünel türk əsilli alman rejissor Fatih Akının “Divara qarşı” filmindəki rolu ilə məşhurlaşıb.