2019/2020 mövsümünün sonunda "Keşlə"dən ayrılan Əfran İsmayılov "Səbail"ə keçib.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi "dənizçilər"lə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "İnter" və "Sumqayıt" klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.