Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2065-dir. 

TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 137, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 12-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.