Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 30-na olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 075 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 138 nəfər reanimasiyada, 14 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün isə bu rəqəmlər müvafiq olaraq 140 və 16 idi.

Ümumilikdə 36 309 nəfər virusa yoluxub, 33 703 nəfər sağalıb, 531 nəfər vəfat edib.

Bu gün 6 137 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 917 027 test aparılıb.

Qeyd edək ki, bu gün 135 koronavirusa yoluxma faktı qeydə alınıb, 127 nəfər sağalıb, 2 nəfər ölüb.