Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1998 nəfərdir.

TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 141, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 16-dır.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 35986 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 33461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1998 nəfərdir.

Ölkədə son sutka ərzində 6014, hazırkı dövrədək isə 904 506 test aparılıb.