Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “VAZ-21093” markalı avtomobil 6 saylı qəsəbənin ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, sürücü, İmişli rayon sakini N.Fəttahlı və həmyerliləri olan sərnişinləri E.Şahbazov, S.Həsənli və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məhərrəmov polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər.

Əməliyyat-axtarış tədbirləri ilə avtomobilə baxış zamanı K.Məhərrəmova məxsus çantadan 3 kiloqram 70 qram heroin aşkar edilərək götürülüb.