Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust ayında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Ramil Məmmədov və Raqif Məmmədov saxlanılıb. 

Araşdırmalarla onların 1 ədəd  televizor, spirtli içkilər və müxtəlif bijuteriya əşyaları oğurlamaqla şikayətçiyə 1500 manat məbləğində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.  

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.