“Azərbaycanfilm” kinostudiyasının binasını 1966-cı ildə təhvil almışıq, elə o vaxtdan da təmir edilməyib. Kinostudiyanın binasını öz hesabımıza bir az təmir etmişik. 

Bunu Unikal.org-a aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov açıqlamasında bildirib.

“Mənə Azərbaycanda elə böyük təşkilat göstərin ki, respublika əhəmiyyətli olsun, amma diqqətdən kənar qalsın. Düzü, mənə qəribə gəlir. Məmurlara baxırsan, ən bahalı maşınlar sürürlər, amma təmir deyəndə ölkənin müharibə vəziyyətində olduğunu deyirlər. Vəziyyət çətindirsə, qoy sizə də çətin olsun. Necə olur axı bütün naziriklər təmir olunur, bir-birindən gözəl ofisləri var, amma kinostudiyanın binası 1966-cı ildən diqqətdən kənardır”, - deyə rejissor qeyd edib. 

Dürrə Həsənova