Abşeron rayonunda 4 evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 650 manat, 5600 dollar, 100 avro pul, 24000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini Y.Əsgərov və Bakı şəhər sakini E.Əhmədov  saxlanılıblar.