ABŞ Prezidenti Donald Tramp özünün milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonu “istifadə etdiyini” bildirib.

Unikal.org xəbər verir ki, belə bir etirafı o, Hyu Hüittin radioşousunda edib.

Ağ Evin başçısının sözlərinə əsasən, administrasiyanın keçmiş əməkdaşının iştirakı ona danışıqlarda qələbə qazanmağa kömək edirdi.

“Onu bu vəzifəyə təyin edəndə, hamı mənə deyirdi ki, bunu etməyim, çünki onun başı xarabdır, - deyə Tramp bildirib və əlavə edib – Bolton danışıqlarda iştirak edəndə hamı düşünürdü ki, mən müharibə istəyirəm”.