Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib. Məlumata əsasən, yeraltı təkanların episentri İğdır şəhərində, ocağı isə 6,47 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.