İmişlidə qətl hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Göbəktala kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Nağı oğlu Hüseynov mübahisə zəminində yaxın qohumları olan kənd sakinləri - 1990-cı il təvəllüdlü Səbuhi Rüzgar oğlu Əmrahovu və 1985-ci il təvəllüdlü Amid Əvəz oğlu Əmrahovu bıçaqlayıb.

Sonucu hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. P.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.