Lökbatan qəsəbəsində oğurluq hadisələri baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. 

Avqustun 10-da Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən 155 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Urşanov saxlanılıb.  

Onun ətrafında aparılmış tədbirlərlə onun daha bir mağazadan 3150 manat dəyərində 4 ədəd televizor oğurlaması da müəyyən edilib