Türk əsilli avstraliyalı aktrisa Didəm Erol yeni həyat qurmaq üçün Amerikaya köçüb. 

Unikal.org xəbər verir ki, Türkiyədə yaşadığı illərdə "Avrupa yakası", "Emret komutanım" kimi məşhur seriallarda rol alan aktrisa bundan sonrakı karyera fəaliyyətinə Amerikada davam edəcək. Didəm Erol adını da dəyişərək Serah Henesey edib.

Qeyd edək ki, Los Ancelesdə yaşayan aktrisa Türkiyədə oynadığı "Organik aşk hikayeleri" filmi ilə Torontoda Rilhart (Reelheart)  Film Festivalında"Ən yaxşı qadın aktrisa" mükafatına namizəd olub.