"Neftçi" futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlama saatı müəyyənləşib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyanın "Şkupi” komandası ilə avqustun 27-də keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, görüş "Bakcell Arena”da baş tutacaq.