Müğənni Sevda Yahyayeva nişanlısı Zakir Bayramovla fotosessiya etdirib.

Unikal.org xəbər verir ki, sənətçi ağ gəlinlikdə obyektiv qarşısına keçib. Pandemiyaya görə toyları təxirə düşən cütlük "love story" çəkdirib.

Fotolarını izləyiciləri ilə bölüşən Sevda "Mən "hə" dedim" şərhini yazıb.

Qeyd edək ki, Sevda həkim nişanlısı ilə rəsmi nikaha girdiklərini açıqlayıb.