Bu gün Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslərin həyatı xilas edilib.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.  

Qeyd olunub ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-1, Bilgəh, Mərdəkan, və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.