Türkiyənin tanınmış aparıcısı və modeli Tülin Şahin ötən il portuqaliyalı biznesmen Pedro de Noranha ilə evliyini və qısa zamanda hamilə oldugunu elan etmişdi.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tülin Şahinin ayrılıq xəbərinin ardından daha bir iddia gündəmə gəlib. Boşanma zamanı cütlüyün rəsmi nikahının olmadığı üzə çıxıb. Hazırda işi ilə əlaqədar vətəninə qayıdan iş adamı Noranha Tülin Şahinin uşağı ona göstərmədiyi və soyadının dəyişdirilməsi iddiaları ilə Ailə məhkəməsinə müraciət edib. Məhkəmənin çıxardığı qərar isə ata Pedro de Noranhanın xeyrinə olub.  Belə ki, hər ayın ilk 7 günü qızı Siena Leyla atası ilə vaxt keçirə biləcək.