Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Unikal.org-a verilən məlumata görə, bu, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır.

Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 8 və 9 avqust tarixlərində hərəkətdə olmayacaq.