Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.