Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə tütün məmulatlarının ölkəyə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a bildirilib ki, hər üç fakt “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən ölkəmizə daxil olan “DAF”, “Mercedes-Benz 1840 LS” və “Mercedes-Benz Actros” markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 6160 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.