Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Unikal.org-un məlumatına görə, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Mixail Quliyev iş yoldaşı olan, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Sənan Quliyevlə yiyib-içən zaman aralarında mübahisə yaranıb. 

Nəticədə M.Quliyev iş yoldaşını bıçaqlayıb. Xəsarət alan S.Quliyev xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən M.Quliyev isə saxlanılıb.

Faktala bağlı araşdırma aparılır.