Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 247 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək xəstəlikdən sağalanların sayı 181 nəfərdir, 65 nəfərin isə müalicəsi davam edir.

Hazırda 104 nəfər karantindədir.