İranda son sutka ərzində 215 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ölkədə koronavirus qurbanlarının sayı 17 405 nəfərə çatıb. Yoluxma sayı son sutkada 2598 nəfər artaraq 312 035-ə yüksəlib.