İranın dünya şöhrətli rejissoru Hüsrəv Sinai koronavirus səbəbindən vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb. Məlumata görə, Tehranda koronavirusdan müalicə alan rejissor 79 yaşında vəfat edib.

Qeyd edək ki, “Atəşin Gəlini”, “Yaşasın”, “Eşq küçələrində” və “Qan çölü” kimi filmləri ilə tanınan H. Sinai 1979-cu ildəki çevrilişdən sonra beynəlxalq mükafat alan ilk rejissor olmuşdu.