Ermənistanın Tavuş vilayətində əlində şübhəli torba olan kişi saxlanılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, polislər kişinin əlindəki qanlı torbaya baxan zaman oradan qadın başı tapıblar. 

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs 58 yaşlı Vaqram adlı Tavuş sakinidir. Onun torbasındakı insan başı isə 68 yaşlı bacısına aid olub. 

O, naməlum səbəblərdən bacısını öldürüb və parçalara ayırıb. 

58 yaşlı caninin bacısının başı olan torbanı hara apardığı da məlum deyil.