İyulun 31-də Siyəzən rayonunun Sədan kəndi yaxınlığında bələdiyyə ərazisinin dağlıq və dağətəyi sahəsində yanğın hadisəsi  baş verib.

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlət Nazirliyinin mətbuat katibi İradə İbrahimova yanğının söndürülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 2 helikopteri, ETSN-nin yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunduğunu bildirib.

"Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.

Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır", nazirlik rəsmisi vurğulayıb.