Ümumdünya Səhiyyə Təşkilatının missiyasının yekunlarına dair mətbuat konfransı keçirilir.

Unikal.org-un məlumatına görə, konfrans “Zoom” proqramı vasitəsilə onlayn keçirilir.

Brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva, TƏBİB-in  Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev və missiyanın üzvləri iştirak edir.