Ötən ilin sonlarından yeni sevgi yaşamağı xəbərləri ilə gündəmə gəlsə də müğənni Hadisə şəxsi həyatını mediadan hər zaman gizli saxlayıb. 

Unikal.org xəbər verir ki, müğənninin sevgilisi məşhur aktyor Kaan Yıldırım Hadisə ilə birlikdə olduğu fotonu sosial hesabında paylaşıb. Lakin həmin foto şərhlər üçün bağlı edilib. Aktyor hekayə bölümündə də birlikdə dənizdə çəkdirdikləri fotonu paylaşıb. 

Qeyd edək ki, Hadisədən gözlənilən jestin sevgilisi tərəfindən edilməsi isə daha çox diqqət çəkir.