Məşhur türk aktrisası Tuba Büyüküstün üç ildir sevgili olduğu Umut Evirgenlə ayrıldığını deyib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa izləyicilərini üzən xəbəri "Instagram" hesabında paylaşıb. Əslində bir neçə ay öncə ayrıldığını deyən Tuba sevgilisinin onun həyatında böyük dəyərinin olduğunu açıqlayıb və onu sevənlərdən bu qərara hörmət və anlayış göstərmələrini istəyib.