Türkiyəli məşhur aktrisa Vildan Atasevər toya hazırlaşdığı halda, nişanlısı iş adamı Erkan Akdemirdən ayrılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ayrılığa səbəb cütlük arasında yaranan fikir ayrılıqlarıdır. Ötən ilin aprel ayında nişanlanan aktrisa daha öncə də iki dəfə nikah masasına oturub. Taylan Kılıç ilə evliliyini 2007-ci ildə bitirən Vildan Atasevər 2010-cu ildə ailə qurduğu İsmail Hacıoğludan 2015-ci ildə boşanıb. 

Qeyd edək ki, aktrisa açıqlamasında  "Təkrar eyni sonluğu yaşamaq istəmirəm, sonunda üzülməkdənsə,  başlamadan bitməsi ən xeyirlisidir",-deyib.