Bakıda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Toyota” markalı bir avtomobildən 3000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İmanov saxlanılıb.