Qəbələdə karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub.

Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.