Türkiyəli müğənni Sezen Aksu mərhum bəstəkar Atilla Özdemiroğluna həsr olunan verilişdə qonaq olub.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, sənətçi proqramda bəstəkara olan dərin hisslərini bölüşüb:

"Mən ən çox itirdiklərimlə sınanmışam. Yıxılmasam da çox büdrəmişəm. Atillanı itirdikdən sonra onun mahnılarını oxumaq məni çox incidir. Yerini doldura bilmirəm, bəzən ona çox ehtiyacım olur. Soruşmaq istədiyim şeylər var, danışmaq istəyirəm, amma yoxdur".