Yapon film və televiziya ulduzu Haruma Miura Tokiodakı evində ölü vəziyyətdə tapılıb.  

Unikal.org xəbər verir ki, gənc aktyorun ölümündən 3 gün əvvəl paylaşdığı yazıda "Bizi izləməyə davam et" qeydi diqqət çəkib. Hadisədə intihar şübhəsi olduğu üçün polis istintaq  işlərini başladıb. 

30 yaşlı Miura bir çox filmlərdə, o cümlədən,  "Ni Todoke" serialından sonra daha da şöhrət qazanıb.